Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Macarıstanın baş naziri etirazçı fermerlərlə görüşdü: “Brüsseldə rəhbərliyi dəyişmək lazımdır” - VİDEO
Macarıstan Baş naziri Viktor Orban Brüsseldə Avropa İttifaqı (Aİ) liderləri ilə şam yeməyindən imtina edib və bunun əvəzinə etirazçı fermerlərlə görüşüb.
Orban bununla bağlı videogörüntüləri “X” hesabında paylaşıb.
“Avropanın səhvi odur ki, xalqın səsi liderlər tərəfindən ciddi qəbul edilmir. Bu, bir nömrəli problemdir. Biz miqrasiyanı, Ukraynadakı müharibəni və sair məsələləri müzakirə edirik, lakin liderlər küçədəki insanların səsini ciddi qəbul etmirlər”, - deyə Orban etirazçılarla söhbəti zamanı jurnalistlərə bildirib.
Viktor Orban qeyd edib ki, iyunda Avropa Parlamentinə keçiriləcək seçki zamanı Brüsseldə rəhbərliyi dəyişmək və xalqı təmsil edəcək şəxsləri təyin etmək lazımdır.
Mənbə: “The Guardian”
"Aİ" teqi üzrə xəbərlər
- Köhnə dünyanın fiaskosu: "Güllələrin istehsalı çörək istehsalını qabaqlayıb"
- Ərdoğan: "Aİ-yə üzvlük Türkiyənin strateji hədəfi olaraq qalır"
- Macarıstan və Slovakiya Gürcüstana qarşı sanksiyaların qarşısını alıb
- Aİ Gürcüstanla vizasız rejimi dayandıracaq?
- Aİ Rusiyaya qarşı 15-ci sanksiya paketini təsdiqləyib
Rəylər