İspaniyada ən təhlükəli gənclərin cinayətkar dəstələrindən biri məhv edilib.
Oxu.Az İspaniya Milli Polisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, söhbət daha böyük "Dominican Don't Play" (DDP) dəstəsinə daxil olan "4 Chorros" qruplaşmasından gedir.
Qeyd olunur ki, dəstə üzvləri küçədə bir nəfərə hücum edərək, başından və qollarından maçete ilə vurduqdan sonra polis qruplaşmaya qarşı genişmiqyaslı əməliyyata başlayıb. 11 nəfərin saxlanıldığı bildirilir. Onlar hücum, qanunsuz silah saxlama və cinayətin təşkilində iştirakda şübhəli bilinirlər.