Venesuela prezidenti Nikolas Maduro bazar ertəsi dövlət başçısının öz postunu tərk etməsinə dair qərar qəbul etmiş müxalifət parlamenti tərəfindən dövlət çevrilişini həyata keçirmək cəhdindən danışıb.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Mən prezident kimi dövlət hakimiyyətindən konstitusiyanın pozulmasını, qanuni asayişə hörmətsizliyi cəzasız qoymamağı xahiş edirəm; milli assambleya dünən qiyam manifesti qəbul edib”, - Maduro bunu dövlət televiziyasında çıxış edərkən bidlirib.
106 deputatın səs verdiyi, Parlamentin qərarından sonra ölkənin Ali Məhkəməsi Milli assambleyanın prezident Maduronu postundan devirmə səlahiyyətinə malik olmadığını bəyan edib.
N.O.
www.oxu.az