Exson yanacaqdoldurma məntəqəsinin partlaması nəticəsində 4 nəfər zərər çəkib.
Oxu.Az RİA “DAqestan”-a istinadən xəbər verir ki, Dağıstan Respublikası Səhiyyə Nazirliyində bildirilənə görə, üç zərərçəkən ağır dərəcəli yanıqla Respublika kliniki xəstəxanasının Yanıq şöbəsinə çatdırılıb.
Yüngül yaralar alan qadına isə Respublika travmatologiya şöbəsində yardım edilib, onun xəstəxanaya yatırılması lazım olmayıb.