Mahaçqalanın Sovetski rayon məhkəməsi şəhərin baş memarı Məhəmməd Rəsul Gitinov barəsində 10 sutka həbs qətimkan tədbiri seçib, Oxu.Az RİA "Novosti"-yə istinadən xəbər verir.
Ona qarşı ittiham irəli sürüləcəyi təqdirdə həbs avtomatik olaraq 2 ay müddətinə uzadılacaq.
İstintaqın materiallarına əsasən, M.Gitinov vəzifə səlahiyyətini aşmaqda ittiham olunur.