İranın keçmiş prezidenti Mahmud Əhmədinejadın vəkii Adil Heydəri müştərisinin İslam Respublikası şəhərlərində keçirilən etirazlara verdiyi dəstəyə görə saxlanılmasına dair KİV-də yayılan məlumatları təkzib edib.
Oxu.Az TASS-a istinadən bildirir ki, vəkil Mahmud Əhmədinejadın həbsinə dair məlumatların həqiqətə uyğun olmadığını deyib.
Qeyd edək ki, rəsmi Tehran faktı təsdiq və ya təkzib verməyib.
14:53
İranın keçmiş prezidenti Mahmud Əhmədinejad hakimiyyət əleyhinə etirazları dəstəklədiyi üçün həbs edilib.
Oxu.Az-ın xəbərinə görə, belə bir iddia ilə şənbə günün Əl-Qüds Əl-ərəbi qəzeti Tehrandakı mənbəyə istinadən çıxış edib.
Nəşrin məlumatına əsasən, Əhmədinejad Şiraza səfəri zamanı İranın ali dini rəhbəri Əli Xameneinin göstərişi ilə saxlanılıb.
Qəzet yazır ki, 61 yaşlı sabiq prezident aksiyalara dəstək verdiyinə və təhrikçiliyə görə həbs olunub. O, Buşer şəhərinə gələrək sakinlərlə söhbətində bildirib ki, hakimiyyətdə olan İran liderləri sadə insanların problemlərindən ayrıca yaşayırlar.
Rəsmi Tehran məsələni hələlik şərh etməyib.