Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Makron Durov haqqında dediyi sözlərə görə ikiüzlülükdə ittiham olunub
"Fransa prezidentinin "Telegram" mesencerinin təsisçisi Pavel Durovun həbsi ilə bağlı açıqlaması onun ikiüzlüyünü göstərir".
Oxu.Az xəbər verir ki, bu barədə Fransanın sağçı "Ayağa qalx, Fransa" partiyasının rəhbəri Nikola Düpon-Enyan "X" sosial şəbəkədəki hesabında yazıb.
"Bu nə ikiüzlülükdür! Makron prezident seçildiyi andan bizim ictimai azadlıqlarımıza qəsd edir, eləcə də Avropa İttifaqı ilə birlikdə ruhən azad olanları sıxışdırmaq istəyir", - paylaşımda qeyd olunub.
Bundan əlavə, Düpon-Enyan öz auditoriyasını Fransa liderinin bu cür hərəkətlərinə müqavimət göstərməyə çağırıb.
Xatırladaq ki, bundan əvvəl Makron Durovun həbsinin siyasi qərar olmadığını bildirmişdi. O, "Telegram"ın təsisçisinin həbsi ilə bağlı yekun qərarın qanun və hakimlərin ixtiyarında qalacağını vurğulayıb.
Quelle hypocrisie ! E Macron depuis son élection s’attaque aux libertés publiques et en lien avec l’Union européenne veut museler les esprits libres. Résistons ! https://t.co/upPSUcrzUu
— N. Dupont-Aignan (@dupontaignan) August 26, 2024
"Pavel Durovun saxlanılması" teqi üzrə xəbərlər
- Pavel Durov Paris məhkəməsində ilk dəfə dindirilib
- Pavel Durov Moskva ilə əlaqələrdən imtina edib?
- Fransa hakimiyyəti Durovun qardaşını və "Telegram"ın vitse-prezidentini Parisə gəlməyə məcbur edir
- "Telegram"ın yaradıcısı Pavel Durov Fransa məhkəmə orqanları ilə əməkdaşlıq edir?
- "Telegram"da şəxsi mesajlarda məxfilik ləğv edilir?
Rəylər