Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Makron onu təsvir edən rəssamı məhkəməyə verdi
Fransa Prezidenti Emmanuel Makron onu başı kəsilmiş şəkildə təsvir edilən bir rəsm əsərinin müəllifini məhkəməyə verib.
Oxu.Az xəbər verir ki, bu barədə fransız qəzeti "Le Monde" məlumat yayıb.
Qəzet qeyd edir ki, şikayət "hər hansı bir nəticə olmadan insan həyatına və ya fiziki toxunulmazlığına qəsdən zərər vurmaq" ittihamı ilə qaldırılıb.
Qvadelupa şəhərində keçirilən "Xlordekona Məruz Qalanlar" sərgisində nümayiş etdirilən rəsmdə Makrona bənzəyən bir insanın kəsilmiş başını əlində tutan qaradərili bir kişi təsvir edilib. Əsər xlordekonla bağlı cinayət işinə həsr olunub. Bu pestisid illər boyu banan biti ilə mübarizə üçün istifadə edilib. Nəticədə, Qvadelupa və Martinikada əhalinin xəstəliklərinə səbəb olub. 2023-cü ildə məhkəmə 16 illik mübahisələrdən sonra iddianı rədd edib.
Rəsm əsərinin müəllifi Fransua Mulen bildirib ki, bu əsərin yaradıcısı olmaq onun üçün böyük şərəfdir. Rəssam əlavə edib ki, Makron xlordekonla bağlı qalmaqalı tam olaraq tanımaqdan imtina edən hakimiyyətin nümayəndəsidir.
"Emmanuel Makron" teqi üzrə xəbərlər
- Makron Ukraynaya fransız qoşunlarını göndərəcək?
- Makronun səhvləri Fransaya baha başa gəlir: Parisi Afrikada Moskva əvəzləyir
- Makronun qərarı Avropanın üç dövlətini hiddətləndirib
- Makronun fövqəladə Ukrayna sammiti nəticəsiz bitdi
- Makronun adamlarının qalmaqallı korrupsiyasına dair ŞOK SƏNƏDLƏR YAYILDI