Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Makrondan bəyanat: "Çox vacib bir anın astanasındayıq - Avropa İttifaqı məhv ola bilər"
"Yanlış iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi və tədricən Çin və ABŞ-dən geri qalması fonunda Avropa İttifaqı "məhv ola bilər".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri Fransa prezidenti Emmanuel Makron "Bloomberg" agentliyinə verdiyi müsahibəsində Avropa İttifaqının (Aİ) perspektivlərini qiymətləndirərkən deyib.
"Aİ ölə bilər, biz çox vacib bir anın astanasındayıq", - deyə o bildirib.
Fransa prezidenti qeyd edib ki, Avropa İttifaqı düzgün iqtisadi inkişaf modelinə malik deyil, çünki blok "həddən artıq tənzimləyir və az sərmayə qoyur".
Makron əlavə edib ki, növbəti iki-üç il ərzində Aİ iqtisadiyyatda "klassik gündəmə" əməl etməyə davam edərsə, blok ABŞ və Çin qarşısında rəqabəti tamamilə uduzacaq.
Makron hesab edir ki, Vaşinqton və Pekin həm hasilatda, həm də sərmayədə Aİ-ni üstələyir və təcili tədbirlər görülməsə, Avropa digər ölkələrlə rəqabət apara bilməyəcək.