Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Maksim Qalkin Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirməsi ilə bağlı yoxlanacaq
Rusiyalı teleaparıcı və yumorist Maksim Qalkinin Türkiyənin Antalya şəhərindəki çıxışından sonra onun Ukrayna Silahlı Qüvvələrini maliyyələşdirməsi ilə bağlı yoxlanması qərara alınıb.
Məlumata görə, sənətçinin konsertinin təşkili ilə ukraynalı menecerlər məşğul olublar. Çıxışı zamanı Qalkin onu telefonla çəkməməyi xahiş edib. Səbəb kimi bildirib ki, buna görə konsertin təşkilatçıları cərimələnə bilərlər. Təşkilatçılara isə - “Ukraynadan gələn gözəl uşaqlar”, - deyə müraciət edib.
“Xalqın çağırışı” ictimai hərəkatının nümayəndələri bildiriblər ki, çox güman, konsertdən əldə olunan gəlirin bir hissəsini təşkilatçılar Ukrayna ordusunun dəstəklənməsinə yönləndiriblər.
Buna görə Qalkinin yoxlanması ilə bağlı Federal Təhlükəsizlik Xidmətinin Aleksandr Bortnikova müraciət göndərilib.
Ukrayna Silahlı Qüvvələrinin maliyyələşdirməsi faktı təsdiqlənərsə, yumorist “terrorizmin sponsoru” elan ediləcək.
Mənbə: “SHOT” “Telegram”
"Ukrayna" teqi üzrə xəbərlər
- ABŞ Ukraynaya hərbi yardımı dayandırıb: Tramp təsdiqlədi
- Ukrayna ABŞ ilə faydalı qazıntılar üzrə saziş imzalamağa razılıq verib
- Peskov ABŞ ilə faydalı qazıntılar üzrə əməkdaşlığın şərtlərini açıqladı
- Bayden Ukraynanı 2026-cı ilə qədər silahla təmin edib
- Dövlət Departamenti BMT-nin Ukrayna ilə bağlı qətnamələrini FAYDASIZ adlandırdı