Maltanın Səhiyyə Naziri Kris Fearne ölkədə koronavirusdan ilk ölüm halının qeydə alındığını bildirib.
“Malta Today” qəzeti xəbər verir ki, nazirin sözlərinə əsasən, söhbət şəkər xəstəliyi və ürək çatışmazlığından əziyyət çəkən 92 yaşlı qadından gedir.
Qeyd etmək lazımdır ki, Maltada 299 nəfər koronavirusa yoluxub, beş nəfər isə xəstəlikdən sağalıb.