ABŞ-ın Sietl şəhərində (Vaşinqton ştatı) maşına girən oğru, avtomobil sahiblərinə bir milyon dollar qazanmağa kömək etdi.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, oğurluq nəticəsində gənc amerikalı ailə itirdikləri uduşlu lotereya biletini tapıblar.
Maşına girən oğru sürücünün oturacağının üstündən günəş eynəyini götürüb. Oğrunu diqqətini cəlb etməyən uduşlu bilet isə məhz bu eynəyin altında qalıbmış.
Təşkilatçılardan adlarını və yaşlarını açıqlanmasını istəməyən cütlük, bileti fevral ayında aldıqlarını bildiriblər. Lakin sonradan onu hara qoyduqlarını yaddan çıxarıblar.
Onlar uduşu Fransa və İslandiyaya səyahətə, və evlərinin təmirinə xərcləyəcəklərini deyiblər.
Qeyd edək ki, lotereyanın cek potu 350 milyon dollar təşkil edir.
www.oxu.az