Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Mask: "İki il dinc yaşamağa çalışdıq, indi artıq müharibədir"
Amerikalı milyarder və "X" sosial şəbəkəsinin sahibi İlon Mask onun platformasını sistematik olaraq boykot edən şirkətlərə qarşı müharibənin başladığını bəyan edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə o özünün "X" hesabında yazıb.
"Biz iki il sülh içində yaşamağa çalışdıq, indi isə müharibədir", - deyə o paylaşımında qeyd edib.
Mask, həmçinin bu cür boykotla üzləşən hər hansı şirkəti məhkəməyə müraciət etməyə çağırıb.
Qeyd edək ki, "X Corp." artıq Məsuliyyətli Media üçün Qlobal Alyans (GARM) və Dünya Reklam Verənlər Federasiyasına qarşı antiinhisar qanunvericiliyini pozmaqda və "X"də reklamı boykot etmək məqsədilə sövdələşmədə ittiham edərək iddia qaldırıb.
Daha əvvəl, 18 noyabrda "X Corp."un "Media Matters for America" qeyri-kommersiya təşkilatına və sosial şəbəkəyə qarşı çıxan digər şirkətlərə qarşı iddia qaldırmaq planları barədə məlum olmuşdu. Bu, "Disney", "Warner Bros. Discovery", "Wish", "Lionsgate", "Comcast NBC Universal", IMB, "Paramount" və "Sony Pictures" daxil olmaqla bir sıra ən böyük media korporasiyalarının Yaxın Şərq münaqişəsində Maskın İsrailə qarşı mövqeyinə görə "X"də reklam yerləşdirməkdən imtina etməsindən sonra baş verib.
"İlon Mask" teqi üzrə xəbərlər
- İlon Mask: "Kanada saxta ölkədir"
- Maskın Trampın ofisini "bir-birinə qatan" oğlunun anası: "Mən ancaq xahiş edə bilərəm"
- Maskın Kanada vətəndaşlığından məhrum edilməsi üzrə petisiya başlayıb
- "Tesla" avtosalonu atəşə tutuldu: Cinayətkarlar İlon Maska təhdid mesajı qoydu
- Mask Zelenskini amerikalı jurnalisti öldürməkdə ittiham etdi