Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Mask populyarlıq reytinqində Bezos və Zukerberqi geridə qoydu
"SpaceX"in yaradıcısı İlon Mask xəbərlərin populyarlığı reytinqində Ceff Bezos və Mark Zukerberqi geridə qoyub.
Oxu.Az "Axios"a istinadən xəbər verir ki, bu barədə media bazarının tədqiqi ilə məşğul olan "Taboola" şirkəti məlumat yayıb.
Analitiklər qeyd edir ki, Mask 2022-ci ildən baxış sayına görə ən yaxın rəqiblərini qabaqlayır, lakin 2024-cü ildə Mask, Bezos və Zukerberq arasında fərq maksimum həddə çatıb. Reytinqdə 2024-cü ilin yanvar-noyabr ayları ərzində sahibkarlar haqqında məqalələrə baxış məlumatları nəzərə alınıb.
"Musk haqqında məqalələr bu il yanvarın 1-dən noyabrın 12-dək 1,03 milyard baxış toplayıb ki, bu da 2023-cü illə müqayisədə 120%, 2022-ci illə müqayisədə isə 528% çoxdur", - portal "Taboola"nın araşdırmasına istinadən yazır.
Vurğulanır ki, 2022-ci ildən Bezos və Zukerberq haqqında yeni materialların sayı artsa da, onların artım tempi Mask haqqında yazılan məqalələrdən aşağıdır.
"İlon Mask" teqi üzrə xəbərlər
- İlon Mask pendir formalı qəribə papağı ilə ictimaiyyəti təəccübləndirdi
- Mask NASA-nın insanların Marsa göndərilməsinə dair proqramlarına yenidən baxacaq
- ABŞ-də İlon Maska qarşı 200-dən çox etiraz aksiyası keçirilib
- Uzunqulaq əti insanlara qida kimi təklif edilir? - Xəbərlərin 20:00 buraxılışı
- İlon Mask Azərbaycanla bağlı paylaşım etdi