“Twitter”in sahibi İlon Maskın anası Mey Mask onun “Meta” şirkətinin rəhbəri Mark Zukerberqlə döyüşünü “ləğv edib”.
Mey Mask bu barədə “Twitter” hesabında paylaşım edib.
“Əslində mən döyüşü ləğv etdim. Mən hələ onlara deməmişəm. Amma hər ehtimala qarşı döyüşün ləğv olunduğunu deməyə davam edəcəyəm...”, - deyə o paylaşımda qeyd edib.
Mey Mask yalnız sözlə duel təklif edib: “Daha gülməli olan qalib gələcək”.
Xatırladaq ki, ötən gün Zukerberq Maskın qaydasız döyüş təklifini qəbul edərək ondan ünvan istəyib. Mask isə UFC döyüşlərinin keçirildiyi Veqas Oktaqonunu işarə edib.
İş adamları arasında atışmaya səbəb “Meta”nın “Twitter”ə rəqib layihə - “Threads” tətbiqi üzərində işləməsi ilə bağlı xəbərlər olub. Mask bildirib ki, belə bir platformanın işə salınması bəşəriyyəti tam olaraq Zukerberqin “ayaqqabısının altına” atacaq.
“Twitter” istifadəçiləri milyarderə xəbərdarlıq ediblər ki, Zukerberq ciu-citsu ilə məşğul olur. Mask isə “qəfəs döyüşü”nə hazır olduğunu deyib.
Mənbə: “RBC Life”
Rəylər