Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Maskın sərvəti dörd ay ərzində 110,8 milyard dollar azalıb
İlon Maskın sərvəti 2024-cü il dekabrın 17-dən etibarən "Tesla" səhmlərinin dəyərinin azalması səbəbindən 110,8 milyard dollar azalaraq, 353,2 milyard dollar həddinə düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Forbes" jurnalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, ABŞ Prezidenti Donald Trampın Kanada və Meksikaya qarşı yeni tariflər tətbiq etməsi və Çindən gələn mallara rüsumları artırması fonunda "Tesla" səhmləri 15% ucuzlaşıb və bunun nəticəsində İ.Mask bir gündə 1,5 milyard dollar itirib.
"Forbes" yazır ki, İ.Maskın şirkəti ABŞ-nin tarifləri səbəbindən böyük itkilərə məruz qalacaq, çünki Çin "Tesla"nın elektrik avtomobilləri üçün ikinci ən böyük bazardır.
"İlon Mask" teqi üzrə xəbərlər
- Mask Ukraynadakı müharibədən yazdı: "Daha neçə valideyn oğulsuz qalacaq?"
- İlon Maskın ermənipərəst senator haqqında yazdıqları təsdiqini tapdı
- Mask: "Zelenski istefa verməli, neytral ölkəyə köçməlidir"
- "Starship" kosmik gəmisinin test uçuşu starta 40 dəqiqə qalmış LƏĞV EDİLDİ
- Mask "Oskar" mükafatlarına da "əl gəzdirəcəyini" dedi