Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Maskın Trampın ofisini "bir-birinə qatan" oğlunun anası: "Mən ancaq xahiş edə bilərəm"
İlon Maskın keçmiş həyat yoldaşı, müğənni Qrayms oğlu X Æ A-12-nin diqqət mərkəzində olmayacağına ümid etdiyini bildirib.
Oxu.Az-ın xəbərinə görə, o, bu barədə "Time" nəşrinə müsahibəsində danışıb.
Xatırladaq ki, fevralın 12-də X Æ A-12 Maskın ABŞ Prezidenti Donald Trampla birgə mətbuat konfransında görüntülənib. Daha sonra sosial şəbəkələrdə uşağın burnunu silərək oval kabinetdəki stola sürtdüyü fotolar ortaya çıxıb.
"Mən istərdim ki, insanlar övladımın şəkillərini hər yerdə yayımlamağı dayandırsınlar. Düşünürəm, şöhrət elə bir şeydir ki, onu qəbul etməliyik və aydındır ki, hər şey olmalı olduğu kimi olacaq. Lakin mən buna görə həqiqətən minnətdar olardım. Mən ancaq xahiş edə bilərəm", - deyə Qrayms qeyd edib.
Qeyd edək ki, milyarder İlon Mask və müğənni Qrayms arasında münasibət 2018-ci ildən başlayıb, dörd il sonra isə onlar ayrıldıqlarını elan ediblər. 2020-ci ildə cütlüyün X Æ A-12 adlı oğlu, 2022-ci ildə isə Eksa Dark Siderel adlı qızları dünyaya gəlib.
Sentyabr ayında Qrayms valideyn münasibətlərinin qurulmasına dair vəsatətlə məhkəməyə müraciət edib. Sənəd nikahda olmadıqları halda uşağın qanuni valideynlərinin məhkəmə tərəfindən müəyyən edilməsini nəzərdə tutur. Müğənni həmçinin şikayət edib ki, Mask onların birgə övladı olan Eksa ilə görüşməsinə imkan vermir.
"İlon Mask" teqi üzrə xəbərlər
- İlon Mask: "Kanada saxta ölkədir"
- Maskın Kanada vətəndaşlığından məhrum edilməsi üzrə petisiya başlayıb
- "Tesla" avtosalonu atəşə tutuldu: Cinayətkarlar İlon Maska təhdid mesajı qoydu
- Mask Zelenskini amerikalı jurnalisti öldürməkdə ittiham etdi
- Mask "Grok 3" neyron şəbəkəsini hər kəs üçün pulsuz etdi