"MasterChef Türkiyə 2021" yarışmasının qalibi Eren Kaşıkçı evində ölü tapılıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Sözcü" qəzeti məlumat yayıb.
"Kızıl Sakal" ləqəbi ilə tanınan məşhur şef İstanbuldakı evində vəfat edib. Yaxınları bir müddət ondan xəbər ala bilmədikləri üçün vəziyyətdən narahat olaraq evinə yollanıblar.
Kaşıkçı evdə hərəkətsiz vəziyyətdə aşkar edilib. Hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası onun həyatını itirdiyini təsdiqləyib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ölümün səbəbi ekspertiza və istintaqın nəticələrindən sonra məlum olacaq.