Kiyevdə Azadlıq meydanında Ukraynanın Avropa İttifaqı ilə assosiasiya və azad ticarət haqqında sazişin imzalanmasını bayram edirlər. Öncəki prezident Viktor Yanukoviçin keçən ilin payızında bu müqavilədən etiraz etməsi kütləvi şəkildə etirazlara səbəb oldu, nəticədə ölkə rəhbərliyi dəyişdi.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, Ukrayna dövlətinin başçısı Petr Poroşenko bu hadisəni “tarixi” adlandıraraq, qeyd edib ki, Aİ ilə daha sıx iqtisadi və siyasi əlaqələr Ukrayna üçün “tamamilə yeni perspektivlər” açır.
Poroşenko:
“Ukrayna islahatlarla bağlı üzərinə çoxsaylı öhdəçiliklər götürür. Amma bu sənəd ikitərəfli cavabdehlik nəzərdə tutur. Ona görə də Avropa İttifaqının bizim azad seçimimizi dəstəkləyəcəyini və Ukraynanın müstəqilliyini müdafiə edəcəyini gözləyirik”.
Aİ Moskvanı yeni sanksiyalarla hədələyir və bazar ertəsinə qədər Ukraynanın şərqində münaqişənin deskalasiyası istiqamətində addımlar atmağı tələb edir.
Ukraynanın Aİ ilə müqaviləsi prezident Poroşenko tərəfindən may ayının 20-də elan edilmiş atəşkəs rejiminin bitməsinə bir neçə saat qalmış imzalanıb. Amma atəşin tamamən kəsilməsinə nail olmaq mümkün olmayıb: atışmalar və hücumlar olub, hər iki tərəfdən qurbanlar var.