Avropa İttifaqı ilə Assosiasiya Sazişini ratifikasiya etməklə Moldova özünün Rusiya və Avrasiya Gömrük İttifaqı ilə münasibətləri üçün yeni hüquqi baza yaratmış oldu.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Federasiyasının (RF) baş naziri Dmitriy Medvedev deyib.
O, istər Moldovanın, istərsə də Assosiativ Sazişə qoşulan ölkələrin bu addımını münasibətlərin dəyişməsinə əsas səbəb kimi qiymətləndirib:
“Onlar başa düşməlidir ki, Rusiya və Avrasiya Gömrük İttifaqı ilə münasibətləri yeni məcraya yönəltmiş oldular”.
Qeyd edək ki, Ukrayna, Moldova və Gürcüstan eyni gündə - iyunun 27-də Assosiativ Sazişə qoşulub.