Sovet İttifaqı optimal dövlət modelinin təzahürü deyildi.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Handelsblatt-a verdiyi müsahibəsində Rusiya Federasiyasının baş naziri Dmitri Medvedyev bildirib.
“Bir daha vurğulayıram: Sovet İttifaqı – dəqiq optimal dövlət modeli deyir və biz dəqiq onun bərpasına can atmırdıq. Mən Sovet İttifaqını gözəl xatırlayıram. 1965-ci ildə doğulmuşam və sizin kimi mənim də bütün cavanlığım sovet dövründə keçib”, - Medvedyev deyib.
Bununla yanaşı baş nazir qeyd edib ki, SSRİ-yə də Rusiyaya qarşı olduğu kimi sanksiyalar tətbiq edilib, amma o hesab edir ki, bu sanksiyalar Moskvanın mövqeyinə təsir etməyib.