Mərakeşin Es-Suveyra şəhərinin yaxınlığında humanitar yardım paylanan yerdə basabas baş verib.
Oxu.Az xəbər verir ki, ərzaq yardımını almağa 1000 nəfər gəlib. Yaranan basabas nəticəsində azı 17 nəfər həlak olub, 38 nəfər isə yaralanıb.
Məlumata əsasən, həlak olanların və yaralananların əksəriyyəti qadın olub. Qeyd edək ki, yaralılardan əksəriyyətinin vəziyyəti ağırdır. Bu səbəbdən ölənlərin sayının artacağı istisna edilmir.
Hadisənin baş verməsinə səbəb kimi isə qidaların dağıtımının düzgün təşkil edilməməsi gətirilir.
L.Ə.