Həmrəylik və islahatlar olmadan Yunanıstana yardım göstərilməyəcək.
Oxu.Az-ın RİA Novosti-yə istinadən məlumatına görə, bu barədə Almaniyanın kansleri Angela Merkel jurnalistlərə bildirib.
Angela Merkel Aİ-nin növbədənkənar sammitində iştirak etmək məqsədilə bu gün Brüsselə səfərə gəlib.
“Həmrəy münasibət olmadan yardım üçün şərait də olmayacaq, həmrəylik və islahatlar olmadan hazırda irəlilədiyimiz yol artıq mümkünsüz olacaq” - Merkel deyib.