Obamanın ardından Almaniya kansleri Angela Merkel Ukraynadakı hadisələrlə bağlı Rusiyanı yeni sanksiyalarla hədələyib.
Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, Yaponiyanın baş naziri Sindzo Abe ilə görüşdən sonra Merkel mətbuata açıqlamasında bu haqda bildirib.
“Ukraynada mayın 25-ə təyin edilmiş prezident seçkilərinin vaxtında baş tutması vacibdir. Ölkənin gələcəyi ilə bağlı məsələni məhz Ukrayna xalqı azad və ədalətli seçkilərlə həll edə bilər”, - deyə kansler bildirib.
Onun sözlərinə görə, Rusiya ilə danışıqlar nəticə verməsə, “o zaman yeni sanksiyalara getməkdən başqa çarə qalmayacaq”.