Yunanıstana yardım proqramı üç il ərzində 86 milyard avronun ayrılmasını nəzərdə tutur.
Bu barədə Avropa zonası liderlərinin sammitinin nəticələrinə görə, AFR (Almaniya Federativ Respublikası) kansleri Angela Merkel danışıb, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.
Merkelin sözlərinə görə, Avropa zonası Afinanın borcunu yüngülləşdirməyə hazırdır, amma söhbət borcların silinməyindən getmir.
Kansler əlavə edib ki, yunan banklarının rekapitallaşdırılması üçün 25 milyard avro lazımdır.
“Bizə “B” planı lazım deyil, o, yalnız Afinanın istəyi zamanı yarana bilər... Yunanıstana yardım məsələlərinə görə, danışıqların bərpasına dair qərar Avropa prinsiplərinə müvafiqdir”, - Merkel deyib.