Almaniyanın keçmiş kansleri Angela Merkel YUNESKO tərəfindən təsis edilmiş Kot-d'İvuarın ilk prezidenti Feliks Ufue-Buanyi adına Sülh Mükafatına layiq görülüb.
Məlumata görə, mükafatlandırma mərasimi Afrika dövlətinin paytaxtı Yamusukroda baş tutub.
Bildirilir ki, Merkel bu mükafatı 2015-ci ilin miqrasiya böhranı zamanı Avropa İttifaqında qaçqınları qəbul etmək səylərinə görə alıb.
Mükafatlandırma mərasimində çıxış edən siyasətçi Feliks Ufue-Buanyidən sitat gətirərək dialoqu güclülərin silahı adlandırıb.
“Sülh naminə qətiyyətlə və səylə çalışmaq həmişəkindən daha vacibdir. Dialoq zəiflərin deyil, güclülərin silahıdır”, - Merkel bildirib.
Almaniyanın keçmiş kansleri qeyd edib ki, münaqişələr insanları öz doğma ölkələrini tərk etməyə məcbur edir.
Mənbə: gazeta.ru
Rəylər