Mərkəzi Kəşfiyyat İdarəsi İsrailə İran tərəfindən 48 saat ərzində güclü hücumun olunacağı barədə xəbərdarlıq edib.
Bu barədə israilli jurnalist Xa Yom Yair Altman məlumat dərc edib.
Məlumata görə, ssenaridə strateji əhəmiyyətli hədəflərə birbaşa İrandan buraxılacaq çox sayda dron və qanadlı raketlərin kombinə edilmiş hücumundan bəhs edilir.
“Mərkəzi Kəşfiyyat İdarəsinin yüksəkvəzifəli məmurları İsrailə bildiriblər ki, İran yaxın 48 saat ərzində İsrail ərazisinə hücum edəcək. Ssenaridə strateji əhəmiyyətli hədəflərə birbaşa İrandan buraxılacaq çox sayda dron və qanadlı raketlərin kombinə edilmiş hücumundan bəhs olunur”, - deyə o bildirib.
Xatırladaq ki, İsrailin hava hücumu nəticəsində Dəməşqdəki İran konsulluğunun binası tamamilə dağılıb. İsrail Hərbi Hava Qüvvələrinin Suriya paytaxtının qərbində, İran konsulluğunun yerləşdiyi Mezze məhəlləsinə raket hücumu nəticəsində azı 11 nəfər həlak olub.
Ölənlərdən yeddisi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) zabitləri, üçü Suriya, biri isə Livan vətəndaşıdır.
İran Prezidenti İbrahim Rəisi Suriyanın paytaxtı Dəməşqdə İran konsulluğunun binasına İsrail tərəfindən həyata keçirilən hücumun cavabsız qalmayacağını deyib.
Mənbə: Nautilus.co.il
Rəylər