Türkiyə vətəndaşı məsciddə işa namazını qılarkən infarkt keçirərək dünyasını dəyişib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in verdiyi məlumata görə, hadisə Kastamonu şəhəri Mehmet Akif Ersoy məhəlləsindəki “Eyyubağa” məscidində baş verib.
Məlumata görə, 66 yaşlı Hüseyn Özdemir namaz qıldığı zaman qəfildən yerə yıxılıb.
Məsciddə olan möminlərin hadisə yerinə çağırdığı təcili yardım heyətinin səylərinə baxmayaraq Özdemirin həyatını xilas etmək mümkün olmayıb.
Həkimlər onun infarkt keçirdiyini müəyyənləşdirib.
Həkim müayinəsindən sonra mərhumun cəsədi məhkəmə tibbi ekspertizasının morquna aparılıb.