Rusiya Federasiyasının prezidenti Vladimir Putinin yarıçılpaq halda at üstündə şəkil çəkdirərək paylaşmasına amerikalı aktrisa Çelsi Hendler cavab verib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, Putin kimi eyni vəziyyətdə yarıçılpaq şəklini paylaşan aktrisanın bu fotosu, sinəsiaçıq olduğundan İnstaqram-ın senzurasına məruz qalıb.
Hendler, “Putindən daha yaxşı bədənim olduğunu sübut etmək hüququm var” qeydi ilə şəklini bir daha paylaşsa da şəkil paylaşma şəbəkəsi onun fotosunu yenidən silib.
Sonda əsəbiləşən 39 yaşlı aktrisa, “Bu, gender bərabərliyinə ziddir. Putindən daha yaxşı bədənim var. Kişilərin sinəsində problem yox, qadınların sinəsində var. 1825-ci ildəyik?” qeydi ilə İnstaqram səhifəsini bağlayıb.

E.Ə.
www.oxu.az