Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Məşhur türkiyəli siyasətçi vəfat etdi
Türkiyədə Səadət Partiyasının təsisçisi Recai Kutan 94 yaşında vəfat edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə partiyanın "X" hesabında paylaşım edilib.
"Səadət Partiyasının təsisçisi, sədrimiz, Ali Məşvərət Şurasının üzvü, İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin (ESAM) rəhbəri, hörmətli ağsaqqalımız Recai Kutan Haqqın rəhmətinə qovuşub. Millətimizin və ictimaiyyətimizin başı sağ olsun", - deyə paylaşımda bildirilib.
Ən çox oxunanlar
Rəylər