Türkiyənin tanınmış xəbər aparıcısı Ertəm Şenər ölkənin baş naziri Rəcəb Tayyib Ərdoğanın ünvanına söylədiyi fikirləri ilə diqqətləri öz üzərinə çəkib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, idman xəbərlərinin tanınmış aparıcısı Ertəm Şenər Ərdoğana olan sevgisinin həddindən artıq olduğunu söyləyib:
“Atamdan imtina edərəm amma, Ərdoğandan yox. Həyat yoldaşım və anamın namusunun təmizliyinə əmin olduğum kimi Ərdoğanın da tərtəmiz və alnıaçıq olduğuna inanıram. Onu çox istəyirəm və səmimiyyətindən də əminəm”.