Türkiyədə metroda dəhşətli qəza baş verib.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, hadisə İstanbul metrosunun Seyrantepe xəttində qeydə alınıb. Metronun ön vaqonunu deşən dəmir parçası bir sərnişinə sancılıb.
Dəmir çubuq yolçunun bud nayihəsini deşərək keçib. Hadisə yerinə çox sayda təcili yardım cəlb edilib.
Maşinist hadisə ilə bağlı sərnişinlər anons verib: “Qəza səbəbiylə dayanmaq məcburiyyətində qaldım. Sərnişinləri evakuasiya edək”. Bu anonsdan sonra evakuasiya əməliyyatları başlayıb.
Vaqonun içində qalan və böyük bir çaxnaşma yaşayan sərnişinlər evakuasiya edilib.