Amerikalı milyarder Corc Soros təqribən 7 milyard dollar vergidən yayınıb.
Oxu.Az xarici KİV-ə istinadla xəbər verir ki, o, qanunvericilikdəki boşluqdan istifadə edərək bir neçə il vergi ödəməyib.
Soros müştəri ödənişlərinə olan vergini ödəməyib. O, həmin ödənişləri öz fonduna təkrar investisiya edib. 2008-ci ildə qanun dəyişib və ABŞ hakimiyyəti köhnə qaydadan istifadə edənlərin üzərinə 2017-ci ilə qədər hesablaşmaq öhdəliyi qoyub.
Bloomberg agentliyi qeyd edir ki, Soros dəyişikliklərdən öncə aktivlərini mümkün vergi sığınacağı kimi nəzərdən keçirilən İrlandiyaya köçürüb.
www.oxu.az