Ukraynanın Xarici İşlər Naziri Dmitri Kuleba bildirib ki, artıq mindən çox əcnəbi Ukrayna Beynəlxalq Müdafiə Legionuna qoşulmaq üçün Ukraynaya gəlib.
O, bu barədə onlayn brifinq zamanı danışıb.
“Artıq Ukraynaya dünyanın 16 ölkəsindən xalqımızla ilə çiyin-çiyinə döyüşməyə hazır olan könüllülər gəlir. Onların ümumi sayı artıq min nəfəri keçib”, - Kuleba vurğulayıb.
Nazir əlavə edib ki, müvafiq sənədlərin qəbulu davam edir.
Mənbə: “Unian”