ABŞ-ın Minneapolis şəhərinin bir qrup polis əməkdaşı açıq məktub yayaraq, keçmiş həmkarları – afroamerikalı Corc Floydun ölümünə səbəb olan Derek Şovini tənqid ediblər və vətəndaşlarda özlərinə qarşı etimadı qaytaracaqlarına söz veriblər.
Bu barədə “Star Tribune” məlumat yayıb.
14 polisin imzaladığı məktubda əhali ilə əməkdaşlığa hazır olduqları və D.Şovinə bənzəmədikləri qeyd olunub.
“Şovin özünü insan adına yaraşmayacaq şəkildə apardı və Corc Floydu ləyaqət hissindən və həyatdan məhrum etdi”, - deyə məktubda bildirilib.