Ukraynanın cənubi-şərqində vəziyyətin tənzimlənməsinə dair “Normand dördlüyünün” danışıqları bundan sonra 5-6 saat davam edə bilər.
Oxu.Az UNN-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidentinin administrasiyasının rəhbəri Valeri Çalı Facebook səhifəsində bildirib.
“...Minskdə danışıqlar davam edir. Yeddi saata yaxın komanda şəklində işləmişik. İndi isə dörd lider (müşavirlərsiz) formatında. Təfərrüatlar haqqında danışmaq tezdir. Düşünürəm ki, ən azı 5-6 saat işimiz daha var. Amma atəşin şərtsiz kəsilməsi haqqında razılıq əldə etməmiş burdan getmək olmaz. “Əsəblərin mübarizəsi” başladı”, - Çalı yazıb.
Xatırladaq ki, Minskdə “Normand formatında” danışıqlara start verilib. Bundan başqa Minskdə Ukrayna üzrə üçtərəfli kontakt qrupu işini bərpa edib.