Misirin paytaxtında otel və avtobusa hücum edənlər odlu silahdan deyil, petarda və fişənglərdən istifadə ediblər. Bu barədə cümə axşamı “Əl-Məsri əl-Yayum” portalı Misirin təhlükəsizlik orqanlarında olan mənbələrinə istinadən məlumat yayıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, mənbənin məlumatına görə, avtobusda olan turistlər arasında İsrail ərəbləri və fələstinlilər olub.
Məlumata görə, hücumda şübhəli bilinən bir nəfər saxlanılıb, daha biri isə axtarışdadır, onun kimliyi müəyyənləşdirilib.
Hücumun turistləri qorxutmaq məqsədi ilə təşkil edildiyi ehtimal olunur.
15:18
Qahirədə maska geyinmiş silahlı adamlar Möhtəşəm piramidalar yaxınlığındakı Gizada turistlərə atəş açıblar.
Oxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Turistlər otelə yaxınlaşan avtobusdan enərkən onlara maska geyinmiş naməlum şəxslər yaxınlaşaraq atəş açmağa başlayıblar.
İlkin məlumata görə, atışma nəticəsində zərər çəkən olmayıb.