Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Moldovada meymunçiçəyinə ilk yoluxma halı qeydə alınıb
Moldova Səhiyyə Nazirliyi ölkədə qeydə alınan ilk meymunçiçəyi xəstəliyinə yoluxma faktını açıqlayıb.
“Respublikada meymunçiçəyi ilk yoluxma halı qeydə alınıb. Xəstəlik ABŞ-dan ölkəmizə gələn əcnəbi vətəndaşda tapılıb”, - nazirliyin “Facebook” səhifəsində bildirilib.
Qeyd olunub ki, əcnəbi Kişinyovdakı Tom Çorbe Klinik Yoluxucu Xəstəliklər Xəstəxanasına tibbi yardım üçün müraciət edib və orada meymunçiçəyi, qızdırma və dəri səpgiləri şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
Onun meymunçiçəyi testi müsbət çıxıb. Məlum olub ki, xəstə ABŞ-da yoluxmuş şəxslə təmasda olub.
Moldova Səhiyyə Nazirliyi respublika vətəndaşlarını xəstəliyin əlamətləri aşkar edildikdə dərhal həkimə müraciət etməyə çağırıb.
Mənbə: TASS
"Səhiyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Peyvənd tələb edən xəstəlik: Hansı hallarda ağırlaşa bilər?
- Ağdaşda baş vermiş bədbəxt hadisənin DETALLARI
- Təyyar Eyvazov: "İlbəil peyvənd üçün müraciət edənlərin sayı artır"
- Səhiyyə Nazirliyindən bayram günləri ilə əlaqədar əhaliyə MÜRACİƏT
- Xüsusi komissiya yaradıldı - Plastik cərrahlara VAXT VERİLDİ
Rəylər