Moldova ərazisinə elektrik enerjisinin verilməsi bərpa edilib.
Bu barədə ölkə mediası məlumat yayıb.
Bildirilib ki, hazırda Kişinyov və Moldovanın bir sıra şəhərlərinin enerji təchizatı normal qaydada həyata keçirilir.
17:50
Moldovanın Dnestryanı bölgə də daxil olmaqla bütün şəhərləri işıqsız qalıb. Bunu ölkənin infrastruktur naziri Andrey Spınu deyib.
Onun sözlərinə görə, elektrik enerjisinin kəsintisinə səbəb bu gün Rusiyanın Ukraynadakı enerji obyektlərinə hücumu olub.
Nazir qeyd edib ki, Moldovanın enerji sistemi operatoru “Moldelectrica” elektrik enerjisinin verilişinin bərpa edilməsi üzərində işləyir.
Mənbə: Point.md