“Vanity Fair” nəşrində Monika Levinski ABŞ-ın keçmiş prezidenti Bill Klinton ilə münasibəti barədə xatirələrini bölüşüb.
Artıq 40 yaşı olan Levinski 10 il sürən səssizliyini pozmaq qərarına gəlib.
Oxu.Az “Vanity Fair” saytına istinadən bu etiraflardan bəzi çıxarışları oxuculara təqdim edir:
“Mən prezident Klinton ilə aramızda baş verənlərə görə çox təəssüf edirəm. Mənə bunu təkrar etməyə icazə verin: Mən baş verənlərə görə çox təəssüf edirəm”.
“İndi mən başımı qaldırıb keçmişdə olanları dəyərləndirmək üçün və bu əhvalatda hansısa bir məna tapmaq üçün qətiyyətliyəm”.
“Bizim münasibətlər iki həddi-buluğa çatmış insan münasibəti idi, amma mən cəmiyyət arasında alçaldılmaqdan və qalmaqaldan çox əzab çəkirdim. Bu mənim həyatımı birdəfəlik dəyişdi. Mənim müdirim məndən istifadə etdi, bu hər ikimizin razılığı ilə baş vermişdi. Məni bütün bu adamlar – prezident administrasiyası, siyasətçilər, prokuror köməkçiləri sadəcə günah keçisi elədilər. KİV-dən istifadə edərək məni damğaladılar”.
“Baş verən qalmaqaldan sonra mən 10 milyon dollar qazanma təklifindən etiraz etdim, çünki hesab edirdim ki, bu doğru deyil. İş axtarışında Londona (London İqtisadiyyat məktəbində, o sosial psixologiya üzrə magistr dərəcəsi alıb – red.), Los-Ancelesə, Nyu-Yorka və Portlendə köməklərdən sonra mən çoxsaylı müsahibələrdən keçdim, amma işverən şirkət nümayəndələri “həmin əhvalat”a görə işə götürmürdülər. Mənə deyirdilər ki, iş elədir ki, kütləvi tədbirlərdə iştirak etmək lazım olar, orda isə həmişə KİV nümayəndələri olur...”.
Levinski yazır ki, 2010-cu ilin sentyabr ayında 18 yaşlı birinci kurs tələbəsi Tayler Klementin – onun kişi ilə öpüşü kamerada həkk edildiyini bildikdə intihar etdiyini eşidəndə ağlayıb. Monika Levinskinin anası iddia edir ki, onun qızı yenidən 1998-ci ilə qayıdaraq, evdən bayıra çıxa bilmədiyi, gecə-gündüzü yatağında keçirdiyi həmin xəcaləti, nifrəti və qorxunu yenidən yaşayırdı.
Levinski dəqiqləşdirir ki, baxmayaraq ki, o heç vaxt intihara cəhd etməyib, amma onu həmişə belə fikirlər təqib edib, xüsusilə də istintaq dövründə.
“Klementi ilə baş verən faciədən sonra mən öz əzablarıma yenidən nəzər saldım. Fikirləşdim ki, öz əhvalatımı bölüşərək, alçaldılmış digər insanlara yardım edə bilərəm. Qarşımda belə bir sual dayandı, mən keçmişimdən nə dərs ala bilərəm?”.
O, iddia edir ki, 1998-ci ildə onun Klintonla münasibəti ictimaiyyətə mənsub olan bir hekayəyə çevrildi, və o “dünyada ən çox alçaldılan insan” oldu.
Aliyə İsmayılzadə
www.oxu.az