Monpelyedə (Fransa) zərgərlik mağazasında insanları girov götürmüş oğru könüllü polisə təslim olub.
Oxu.Az xəbər verir ki, bu barədə Frans-Press agentliyinə istintaqa yaxın mənbə bildirib.
Cinayətkar yanvarın 9-da iki qadını zərgərlik mağazasında girov götürümüşdü. Agentliyin məlumatına görə, cinayətkarın sərbəst buraxdığı qadınlar heç bir xəsarət almayıblar.
Monpelye prokuroru Kristof Barre bildirib ki, bu hadisənin yanvarın 7 və 9-da Parisdə törədilmiş terror aktları seriyası ilə heç bir əlaqəsi yoxdur.
22:16 (9 yanvar)
Fransada daha bir terror həyəcanı yaşanır.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Fransanın cənubunda yerləşən Montpellier şəhərində iki nəfər bir mağazaya silahlı hücum edib.
Silahlılar mağazada çalışan 2 nəfəri girov götürüb.
Təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıblar.