Moskva Şəhər Dövlət Dumasının Kommunist partiyasından deputatı Oleq Şeremetyevin mənzili zibilliyi xatırladır.
“Mash” “Telegram” kanalı xəbər verir ki, bir neçə gün əvvəl polislər kommunistin evində axtarış aparan zaman belə mənzərə ilə qarşılaşıblar.



Şeremetyevə qarşı dələduzluq maddəsi ilə cinayət işi başlanıb.
İstintaq hesab edir ki, 2019-cu ilin noyabrından 2020-ci ilin fevralına qədər millət vəkili şəhər büdcəsindən iki milyon rubl müsadirə edib: daim köməkçisinə çox vacib vəzifələr üçün əlavə ödəniş yazıb və pulu özünə götürüb.
Köməkçisi İrina Kuznetsova deyib ki, onu buna məcbur edib.
Ancaq görünür, onun xadimə tutmağa pulu qalmayıb.