Rusiya hakimiyyətində olan mənbənin məlumatına əsasən, Moskva Kiyevdən 3 milyard dollarlıq kreditin təcili bağlanmasını tələb edə bilər.
Oxu.Az-ın RİA “Novosti”yə istinadən verdiyi xəbərə görə, qeyd edilir ki, Ukraynaya verilən Rusiya kreditinin şərtlərinin bir sıra parametrləri pozulur.
“Ukraynanın iqtisdiyyatı və maliyyəsində yaranan vəziyyət sübut edir ki, Ukraynaya Rusiya kreditinin verilmə şərtlərinin bir sıra parametrləri pozulur. Bu şəraitdə çox güman ki, Rusiya yaxın günlərdə Ukraynadan 3 milyardlıq kredit borcunun təcili olaraq bağlanmasını tələb edə bilər”, - mənbə bildirib.