Noyabrın 3-də Moskva üzərində səmada göyərtəsində sərnişinlər olan təyyarələr az qala toqquşacaqdı.
Oxu.Az Life News-a istinadən xəbər verir ki, Monteneqronun Tivat şəhərinə uçan A320 təyyarəsi “Şeremetyevo”dan havaya qalxıb, bu zaman “Vnukovo”dan Tallinə Bombardier Learjet 60 uçurdu.
Nəşrin məlumatına əsasən, saat 11:08 radələrində təyyarələr arasında şaquli istiqamətdə 150 metr məsafə olub.
Xoşbəxtlikdən təyyarələr havada bir-birindən uzaqlaşmağı bacarıblar. Mənbənin sözlərinə görə, təyyarələrin toqquşmasına cəmi on saniyə qalıbmış.
Hal-hazırda hadisə ilə bağlı araşdırma aparılır.