Rusiyanın Moskva şəhəri yaxınlığında yerləşən Naxabino qəsəbəsində qıza qarşı şiddət göstərən 20 yaşlı miqrant Şahzod Curaboyevin bir il əvvəl ruhi xəstəxanada yatdığı məlum olub.
O, törətdiyi əməli etiraf edib və bu barədə danışarkən başının içində “səslər” eşitdiyini bildirib.
Kameraların qeydə aldığı görüntülərə görə, Şahzod sadəcə qıza yaxınlaşıb və dərhal onu vurub. Çaşqınlıq keçirən Faina əli ilə partlamış dodağını tutaraq geri çəkilib və nə baş verdiyini dərhal anlamayıb. Sonra o, Şahzoddan qaçmağa başlayıb. Onun qaçdığını görən miqrant isə bir neçə yüz metr öz “möhtəşəm” yerişi ilə onu təqib etməyə davam edib.
Qeyd edək ki, miqrant Şahzod Curaboyevə “Xuliqanlıq” maddəsi üzrə iş açılıb və bu maddəyə görə onun beş ilə qədər azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.
Mənbə: “Mash”, “SHOT” “Telegram”