Moskvada Marinaya Roşada KVN-nin (Şən və Hazıracavablar Klubu) evinin yaxınlığında naməlum şəxs Aleksandr Maslyakova hücum edib, “Qovorit Moskva” hadisə şahidlərinə istinadən xəbər verir.
Oxu.Az-ın məlumatına görə, naməlum şəxs Aleksandr Maslyakov Şeremeytov küçəsində KVN Evinin qarşısında avtomobilinə əyləşərkən Maslyakova zərbə endirib.
Bu gün axşam KVN Premyer-liqasında səkkizdə bir finalın ilk oyunu keçirilib.
“Qovorit Moskva”nın məlumatına görə hücum edən şəxs saxlanılıb.
Onun şəxsiyyəti açıqlanmır.
Öz növbəsində Lifenews Maslyakovun özünə istinadən hücum barədə xəbəri təkzib edir. Telekanal bildirir ki, Maslyakovun yanında naməlum şəxslər dava törədiblər, lakin o, zərər çəkməyib.
Aleksandr Maslyakov 1964-1972-ci illərdə Rusiya televiziyasında KVN proqramını aparır və 1986-cı ildən bugünədək verilişin dəyişməz aparıcısıdır.