Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Moskvada azərbaycanlı dindarı öldürənlərə hökm oxundu
Moskva məhkəməsi din xadimi, əslən azərbaycanlı Mətin Mehdiyevi öldürənə uzun müddətli həbs cəzası verdi.
Oxu.Az Aznews.Az-a istinadən xəbər verir ki, “İnterfax”-ın yaydığı məlumata görə, cinayətdə təqsirili bilinən Aleksandr Sovelyeva 16 il, Vitaliy Kalinina 9 il, Nikolay Ermakova isə 7 il azadlıqdan məhrum olundu.
Xatırladaq ki, din xadimi Mətin Mehdiyev 10 apreldə “Belarus” metro stansiyasının yaxınlığında öldürülmüşdü.
Qatillər Mehdiyevə ikiaylıq uşağı ilə həyat yoldaşını gözləyərkən hücum edərək, ona çoxlu bıçaq zərbələri vurmuşdular.
Bundan sonra cinayətkarlar Mehdiyevin üst -başını axtararaq onun cibindən Vertu telefonunu da göturmüşdulər.
Mehdiyevin oldürülməsindən bir-neçə ay sonra qatillər həbs edilib