Moskvanın şərqində süni gül mağazasında baş verən yanğının söndürülməsi zamanı Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) beş əməkdaşı həyatını itirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə TASS-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
“Amur küçəsində anbarda baş verən yanğının söndürülməsi zamanı beş yanğınsöndürən həyatını itirib. Yanğının söndürülməsi üzrə işlər davam etdirilir”, - mənbə deyib.
Bildirilir ki, yanğın zamanı 200 kv. metrdən çox ərazi yanıb.
S.B.
www.oxu.az