Moskvada bomba yerləşdirilməsi ilə bağlı 4 ticarət mərkəzi təxliyyə olunub.
Oxu.Az-ın məlumatına əsasən, bu barədə RİA Novosti-yə fövqəladə xidmətdəki mənbə xəbər verib.
"Qolovinski şosesində yerləşən "Vodnı", Mərkəzi Administrativ dairədə yerləşən "Afimoll City", Qərbi Administrativ dairədə yerləşən "Tramplin" və "Kuntsevo Plaza" ticarət mərkəzlərinə bomba yerləşdirilməsi ilə bağlı zənglər daxil olub", - deyə mənbə bildirib.