Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Erməni biznesmenin Moskvadakı ticarət mərkəzində yanğın baş verib
Moskvanın cənub-qərbində yerləşən "Rio" ticarət mərkəzində baş verən yanğın tamamilə söndürülüb, yanğın binaya yayılmayıb.
Oxu.Az-ın "RİA Novosti"yə istinadla məlumatına görə, bu barədə Rusiyanın Fövqəladə Hallar Nazirliyi xəbər yayıb.
Bildirilir ki, yanğının söndürülməsinə 40 nəfər və 11 texnika cəlb olunub.
Operativ xidmətlər yanğına qısaqapanmanın səbəb olduğunu bildiriblər.
Qeyd edək ki, "Rio" ticarət mərkəzi erməni biznesmen Samvel Karapetyana məxsus "Taşir" şirkətlər qrupuna daxildir.
Rusiya paytaxtının cənub-qərbində yerləşən "Rio" ticarət və əyləncə mərkəzində yanğın başlayıb. Binanın üzlüyü 1-ci mərtəbədən 4-cü mərtəbəyə qədər yanır.
Oxu.Az-ın məlumatına görə, bu barədə TASS-a əməliyyat xidmətləri məlumat verib.
Bildirilib ki, yanğına ikinci çətinlik dərəcəsi (ümumi 5 dərəcə olur) verilib. Yanğının söndürülməsinə aviasiya cəlb edilməsi planlaşdırılır.
"Yanğın hadisəsi" teqi üzrə xəbərlər
- Lənkəranda evə ildırım düşüb: Yanğın olub
- Bakıda "Mercedes" markalı minik avtomobili yanıb
- Kürdəxanıda obyektdəki yanğın TAM SÖNDÜRÜLÜB - Əraziyə 12 yanğınsöndürən avtomobili cəlb olunub
- Moskvada ticarət mərkəzində baş vermiş yanğın söndürülüb
- FHN avtonəqliyyat vasitələrində yanğınlarla bağlı sürücülərə müraciət edib